Patent Müdafiəsi

müəlliflik hüququnun, sahibkar fəaliyyətinin hüquqi müdafiəsidir, qanunla rəsmiləşdirməni və ixtiraya, təsərrüfat fəaliyyətinə patentin verilməsini nəzərdə tutur.
Patent Lisenziya
Patent Razılaşması
OBASTAN VİKİ
Patent
Patent (lat. patere, patent – açıq qoymaq) — hər hansı bir ixtiraya verilmiş məhdud tətbiq hüququna malik olan ən yüksək hüquq qoruyucusudur. O edilmiş xeyirli ixtira və ya sənaye modelinə müəlliflik hüququnu göstərən sənəd.
Patent hüququ
Patent hüququ – hüquq sahəsi; bu sahənin normaları ixtiralara patent verməklə onların hüquqi mühafizəsi sistemini müəyyən edir. İxtiralarla əlaqədar hüquq münasibətlərini nizamlayan xüsusi qanunlar patent hüququnun əsas mənbəyidir; Patent hüququ patent sahibinə texniki yeniliyin təcrübədə tətbiqinə sərf etdiyi məsrəfləri ödəmək, habelə qoyulmuş kapitaldan mənfəət götürmək imkanı verir. Patent hüququnun əsas məzmununu patent sahibinin hüquqlarını, onların bütünlükdə və ya bir hissəsinin başqasına verilməsi qaydasını, həmçinin hüquqların pozulması nəticələri-ni müəyyən edən normalar təşkil edir. Patent hüququ həmçinin patent almaq üçün sifariş vermə qaydasını və patent haqqında mübahisələrin həlli qaydasını nizamlayır. Patent hüququnun əsas mənbəyi ali qanunverici orqanın qəbul etdiyi xüsusi qanunlardır. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Patent trollu
Patent trollu (ing. Patenttroll)-patent sahiblərinə qarşı iddialarının təqdim edilməsində ixtisaslaşmış fiziki və hüququ şəxsdir. Patent trollu əslində özünün istehsal etmədiyi, özünün əmək sərf etmədiyi texnologiyada hüquqi açıqlardan faydalanaraq, bir az hiyləgərlik, bir az da texniki bilgi sayəsində ixtiranı öz adına patentləşdirir, sonra isə bu texnologiyadan istifadə edən hər kəsdən yüksək patent lisenziyaları tələb edib böyük qazanc əldə edirlər. Trollar əsasən hüquq şirkətləri şəklində qarşıya çıxırlar. Patent trolları özlərini daha çox patent holdinqi, və ya patent "dileri" (ing. Patent dealer) adlandırmağa üstünlük verirlər. "Patent trollu" termini 1993-cü ildə çox agressiv patent təqibi aparan şirkəti təsvir etmək üçün istifadə edilmişdir. Patent trollu ilk dəfə 1994-cü ildə universitetlərdə, dövlət müəssisələrində, şirkətlərdə yayilan " patent videosunda" təsvir olunmuşdu. Bunlara əvvəl patent qəsbkarı adı verilmişdi. Bu videofilmdə heç nədən şübhələnməyən patent sahibləri özlərini patent gəlirlərindən renta almalı olan şəxs kimi qələmə verən trolların qurbanı olduğu göstərilirdi.
Alyoxin müdafiəsi
Alyoxin müdafiəsi — şahmatda debüt, e2-e4 Kg8-f6 gedişi ilə başlayır. Şahmat praktikasına dünya çempionu Aleksandr Alyoxin tərəfindən daxili edilib. O bu gedişi 1921-ci ildə Budapeştdə Layoş Şteynerə qarşı oynayarkən tətbiq edib.. Ancaq bu gediş əvvəl də məlum idi. Gedişin ideyası qara fiqurla oyun və ağ fiqurların piyada mərkəzinə əks-hücumdur. Ağlar bir çox halda üstünlüyə malikdirlər. Ancaq debüt maraq doğurur və yarışlarda tez-tez rast gəlinir. Bu debütün nəzəriyyəsinə Vladas Mikenas, İsaak Boleslavski, Vlastimil Qort, Vladimir Bağırov böyük töhfə vermişlər.
Hind müdafiəsi
Hind müdafiəsi — Şahmat termini. Bir qrup başlanğıcı birləşdirir. Burada qaralar e7-e5-ə irəliləməkdən bilə-bilə imtina edirlər. Bu debüt qədimdən məlumdur və K. Yanişin əsərlərində xatırlanır.ref>Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh.
Holland müdafiəsi
Holland müdafiəsi — Şahmat termini İlk dəfə olaraq 1789-cu ildə Hollandiya şahmat ustası Steyn tədqiq etmişdir.
Kanija müdafiəsi
Kanija müdafiəsi — 1593–1606-cı illər Osmanlı-Avstriya müharibəsi gedişində 1601-ci ildə 73 gün ərzində Kanija qalasını mühasirəyə alan Habsburq ordusuna qarşı Osmanlıların müdafiə olunması və əks-hücumudur. 1600-cü ildə Avstriyaya tərəf irəliləyən Osmanlı ordusu Kanija qalasını ələ keçirdi. Qalanın idarəsi Tiryaki Həsən paşaya verildi. Qalada 9 min əsgər və az miqdarda silah və ərzaq ehtiyatı qoyan Osmanlı ordusu geri çəkildi. Bunu fürsət bilən Avstriya ordusu 9 sentyabrda Kanija qalasına hücum etdi. Avstriyalılara bu işdə Müqəddəs Roma imperiyası, Macar krallığı, Xorvat krallığı, İspaniya imperiyası, Papa dövləti və Malta cəngavərləri də yardım edirdi. Avstriyalılar gələr-gəlməz qalanın ətraf ərazilərlə olan bütün əlqaəsini kəsdilər. Avstriyalılar 35–100 min arası əsgər və 47 böyük topa malik idi. Osmanlı ordusunda isə 9 min əsgər və 100 kiçik çaplı top vardı. Həsən paşa ilk vaxtlarda yalnız tüfəng atəşi açdırdı.
Mədinə müdafiəsi
Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة‎, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi. Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi.
Siciliya müdafiəsi
Siciliya müdafiəsi — Şahmatda "e4 c5" gedişləri ilə başlayan debüt. Siciliya müdafiəsi ən məşhur debütlərdəndir və ağların 1.e4 gedişinə ən çox hesablanan başlanğıcdır. Statistikaya əsasən ağlar üçün 1.d4 gedişi Siciliyaya nisbətən daha uğurlu başlanğıcdır. New In Chess-in 2000-ci ildə çıxan kitabında bazasındakı oyunlardan 296.200 partiyanın 56.1%-də ağlar 1.d4 gedişi ilə başlamış və qələbə qazanmış, 349.855 partiyanın 54.1%-də ağlar 1.e4 gedişi ilə başlamış və qələbə qazanmışdır. Qrosmeyster Con Nann Siciliya müdafiəsinin məşhurluğunu onun "döyüşkən təbiəti" ilə izah edir: "Bir çox versiyalarda qaralar bərabərlik üçün yox, üstünlük üçün oynayırlar. Zəif cəhəti odur ki, ağlar təşəbbüsü tez ələ alırlar, buna görə də qaralar qurban verərək tez hücuma keçməməli, diqqətli olmalıdırlar." Siciliya müdafiəsinə dair ilk notasiyalara hələ XVI əsrin əvvəllərində italyan şahmatçıları Cuilio Polerio və Ciaoçino Qrekonun oyunlarında rast gəlinir. 1.e4 c5 gedişləri ilə başlayan oyunların 75%-dən çoxu 2.Af3 gedişi ilə davam edir. Qaraların üç əsas seçimi var: 2...d6, 2...Ac6 və 2...e6. Bu gedişlərdən sonra ağlar 3.d4 gedişini oynayır ki, bu da Açıq Siciliya adlanır və olduqca mürəkkəb pozisiyalara səbəb olur. Ağlar fiqurlarını inkişaf etdirir və şah cinahından hücuma keçə bilmək üçün əlavə cinah açıqlığı yaradır.
Sokratın müdafiəsi
Sokratın müdafiəsi (yun. Άπολογία Σωκράτους, Apología Sokrátus) — Yunan filosofu Platon tərəfindən yazılmış, Sokratın bir qrup Afinalı tərəfindən şəhərin tanrılarına inanmaması və gəncləri inancdan çəkindirməsi səbəbi ilə günahlandırılması, Afina demokratiyası tərəfindən mühakimə olunması və cəzalandırılmasından bəhs edən dialoq. Əsər "Euithipron" əsərinin davamı olaraq yazılmışdır. Sokratın müdafiəsi əsəri "Euithipron" və "Kiriton" bölmələri ilə birlikdə, üçlük təşkil edirlər. "Euithipron"da məhkəmədən əvvəl, şahidlərin dindirilməsi və məhkəmə prosesi haqqında danışılır. "Kiriton" hissəsində isə məhkəmədən sonra yaşanan hadisələr göstərilir. Eramızdan əvvəl 403-cü ildə Afina demokratiyası Afina və Sparta arasındakı Peloponnes müharibəsindən, minlərlə insanın öldürülməsinə və ya sürgün edilməsinə səbəb olan Otuz Tiranın qovulmasından sonra yenidən qurulma prosesinə başladı. Müxtəlif təbəqədən olan afinalılar, gənc əhalisini itirmiş və epidemiyalardan əziyyət çəkən şəhəri yenidən qurmaq üçün birlikdə işləməyə başladılar. Şəhərin qanunlarına yenidən baxıldı. Belə bir dövrdə həyat tərzi "fəlsəfə etmək" olaraq ümumiləşdirilə bilən Sokrat; suallar, köhnə müdrikləri təhlil edən, bəzən çürüdən sorğulayıcılığı və Afinanın liderlərinə istiqamətləndirdiyi tənqidləri ilə bir çox düşman qazandı.
İstehlakçıların müdafiəsi
İstehlakçı hüquqlarının müdafiəsi — istehlakçı ilə sahibkarlıq subyekti arasında yaranan münasibətlərin tənzimlənməsinə yönəlmiş dövlət və ictimai hərəkatlar tərəfindən həyata keçirilən tədbirlər kompleksi. Bunlara daxildir: spesifik istehlakçı hüquqlarının müəyyən edilməsi; mümkün hüquqların pozulmasının formaları və onların müdafiəsi mexanizmi; istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət. İstehlakçı hüququnun ən mühüm cəhətlərindən biri qida təcrübələrinin tənzimlənməsidir. Beləliklə, qida təhlükəsizliyi standartları ilə qida keyfiyyəti siyasətini fərqləndirmək mümkündür. Təhlükəsizlik məcburidir və qidanın təhlükəsizliyinə zəmanət verir, keyfiyyət isə könüllüdür və məhsulun istehlakçı tərəfindən qavranılması baxımından müəyyən xüsusiyyətlərinə zəmanət verir. 16 aprel 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi üzrə təlimatlar" (39/248 saylı Qətnamə) təsdiq edilmişdir. Rəhbərlik istehlakçı münasibətlərinin bəzi prioritet aspektlərinə toxunur: a) fiziki təhlükəsizlik; b) istehlakçıların iqtisadi maraqlarının təşviqi və müdafiəsi; c) xidmətlərin və istehlak məhsullarının təhlükəsizliyi və keyfiyyəti standartları; d) əsas istehlak məhsullarının və xidmətlərin paylanması sistemləri; e) istehlakçılara kompensasiya almaq imkanı verən tədbirlər; f) təhsil və məlumat proqramları və g) "pestisidlər və kimyəvi maddələr kimi digər sahələr" üçün məsuliyyətə xələl gətirmədən, xüsusi sahələrə, qida, su və əczaçılıq məhsullarının differensiallaşdırılmış emalı ilə bağlı tədbirlər. Mańko, Rafał. "The notion of 'consumer' in EU law" (PDF). Library Briefing.
Avropa Patent Təşkilatı
Avropa Patent Təşkilatı (ing. European Patent Organisation; EPO və ya EPOrg) — ixtira hüququnun patent mühafizəsini təmin edən hökumətlərarası təşkilat. Bu, 1973-cü ildə qəbul edilmiş Avropa patentləri verilməsi haqqında Konvensiya əsasında təsis edilmişdir və 1977-ci ildən fəaliyyət göstərir. Baş qərargahı Almaniyanın Münhen şəhərində yerləşir. Onun Haaqada filialı və Vyanada bürosu var. APT-nin rəsmi məqsədi Avropa ölkələrinin ixtiralarının mühafizəsi sahəsində əməkdaşlığı dərinləşdirmək, Avropada patentləri vahid prosedur altında və vahid normalar əsasında verməkdir. Avropa patent sistemi milli patent hüququnun Avropa patentləri verilməsi haqqında Konvensiyaya uyğunlaşdırılmasını təmin edir. APT Avropa patentlərinin qüvvəsinin öz ərazilərində tətbiqi üçün bu təşkilata daxil olmayan dövlətlərlə həmin dövlətlərdə patent idarəsi və intellektual mülkiyyətin qorunması haqqında qanun olması şərti əsasında müqavilələr bağlayır. Avropa patenti patent sahibini 20 il müddətinə patent mühafizəsi ilə təmin edir. Avropa patent sifarişi Patent Kooperasiyası haqqında 1970-ci il müqaviləsinə üzv olan, sifarişçi tərəfindən müəyyən edilmiş dövlətlərdəki milli sifarişlə eyni qüvvəyə malikdir.
Avropa Patent İdarəsi
Avropa Patent İdarəsi (APİ) — Avropa Patent Təşkilatının (APT) orqanlarından biri. Onun tərkibində axtarış, ekspertiza, şikayətlər, hüquq və administrasiya olmaqla beş baş müdirlik vardır. APİ İnzibati Şurasına hesabat verir. APİ-nin rəhbəri onun prezidentidir. Patentin verilməsi üçün adətən 3 ildən çox vaxt lazımdır. APİ razılığa gələn ölkələrin fəaliyyətini Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı (ÜİMMT) və digər beynəlxalq təşkilatlarlarla əlaqələndirir. APİ aylıq "Xidməti xəbərlər" və həftəlik "Avropa patent vərəqəsi" nəşrlərini dərc edir, "sifarişçi üçün rəhbərlik" nəşrinin sponsorluğunu edir və Avropa patentləri verilməsi haqqında konvensiyanın mətnlərini dərc edir. Avropa patent məlumatları və sənədləri sistemi 50-dən çox ölkədən patent məlumatlarını təklif edir. Haaqada yerləşən Beynəlxalq Patent İnformasiyası Mərkəzi patent axtarışları aparır. APİ və Beynəlxalq Mərkəzin arxivlərində 50 milyondan çox patent haqqında məlumat var.
Benz Patent-Motorwagen
Benz Patent-Motorwagen — 1885-ci ildə Karl Benz tərəfindən istehsal edilən və tarixdə ilk avtomobil hesab olunan nəqliyyat vasitəsi. Benz bu nəqliyyat vasitəsini 29 yanvar 1886-cı ildə patentləşdirmişdir. Boş çəkisi 265 kq olmuşdur.
Respublika Patent Fondu
Respublika Patent fondu Azərbaycanın ölkə daxilində və xaricdə nəşr olunan patent ədəbiyyatını özündə əks etdirən yeganə fonddur. Respublika Patent fondu 1967-ci ildə Respublika Elmi-Texniki Kitabxanasının nəzdində yaradılıb. Hazırda ayrıca təşkil olunmuş binada fəaliyyət göstərir. Respublika Patent fondu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyindədir. Bu fond 27 dildə dünyanın 35 ölkəsinin Beynəlxalq və Avropa patent idarələrinin sənədləri ilə komplektləşdirilir. Fondun əsas tərkibini keçmiş SSRİ-nin patent ədəbiyyatı təşkil edir. Hazırda fondda 11 milyona yaxın ədəbiyyat toplanıb. Respublika Patent Fondunda 3 şöbə fəaliyyət göstərir 1. Komplektləşdirmə şöbəsi 2. Mikrofilm işləmə şöbəsi 3.
Diplomatların müdafiəsi Konvensiyası
Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — Konvensiya 1977-ci il fevralın 20-də qüvvəyə minmişdir. Nisbətən son dövrlərdə beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı cinayət əməllərinin sayının artması bu konvensiyanın qəbul edilməsinə səbəb olmuşdur. Burada araşdırılan problemlərin dairəsi diplomatik agentlərə və beynəlxalq müdafiədən istifadə edən digər şəxslərə qarşı yönəldilmiş cinayətlərlə məhdudlaşmış olsa da, komissiya bu cür şəxslərə qarşı yönəldilmiş cinayətlər haqqında məsələni daha qlobal problem olan terrorizm aktlarının həyata keçirilməsi aspektlərindən birinə aid etmişdir. Konvensiyanın 1-ci maddəsi beynəlxalq müdafiədən istifadə edən şəxslərə aşağıdakıları aid edir: dövlət başçısı, o cümlədən, dövlət başçısı funksiyasını yerinə yetirən kollegial orqanın hər bir üzvü, xarici dövlətdə olan hökumət başçısı və ya xarici işlər naziri, onları müşayiət edən ailə üzvləri, dövlətin istənilən nümayəndəsi və ya vəzifəli şəxsi, yaxud beynəlxalq təşkilatın istənilən vəzifəli şəxsi və ya digər agenti və onların ailə üzvləri. Həmin maddənin 2-ci bəndində ehtimal olunan cinayətkarın anlayışı verilir. Belə ki, ehtimal olunan cinayətkar ona münasibətdə maddədə göstərilən cinayətləri törətməsini və ya törətməsində iştirak etməsini "prima facie" isbat edən kifayət qədər dəlillər olan şəxsdir. Konvensiyaya əsasən diplomatik agent, akkreditiv və ya qəbul edən dövlət olmayan 3-cü dövlətdə ezamiyyətdə olduqda belə xüsusi müdafiə hüququna malikdir. Konvensiyanın 2-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. Burada xüsusi beynəlxalq hüquqi müdafiə yaradan cinayətin tərkibi müəyyən olunur. Buna aşağıdakılar aiddir: beynəlxalq müdafiədən istifadə edən şəxsin qəsdən öldürülməsi, qaçırılması və ya onun şəxsiyyətinə və ya azadlığına yönəlmiş digər hücumların həyata keçirilməsi; beynəlxalq müdafiədən istifadə edən şəxsin şəxsiyyətinə və edən ümumtanınmış hüquqi prinsipin təsdiq edilməsi, azadlığına təhlükə yarada biləcək, onun rəsmi binasına, yaşayış binasına və ya nəqliyyat vasitələrinə zorakı hücumların həyata keçirilməsi; istənilən hücum cəhdi; istənilən belə hücumun iştirakçısı qismində əməllər, belə ki, hər bir iştirakçı dövlət tərəfindən onun daxili qanunvericiliyinə əsasən, bu cinayətin onun ərazisində və ya ərazisinin hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq, cinayət kimi qiymətləndirilməlidir.
Filidor müdafiəsi (şahmat)
Filidor müdafiəsi — Şahmat termini Debüt onu yaradan XVIII əsr fransız şahmat ustası Fransua-Andre Danikan Filidorun şərəfinə adlandırılmışdır.
Fransız müdafiəsi (şahmat)
Fransız müdafiəsi — Şahmatda 1. e2-e4 e7-e6 gedişləri ilə başlayan debüt. 1834-1836-cı illərdə London şahmatçıları ilə yazışma oyununda müvəffəqiyyətlə yarışan parisli şahmatçıların şərəfinə adlandırılmışdır.
Karo-Kann müdafiəsi
Karo-Kann müdafiəsi — Şahmat termini XIX əsrdə Vyana şahmatçısı M. Kann tərəfindən ixtira edilib. 1886-cı ildə almaniyalı usta Q. Karo bu müdafiənin bir neçə variantını təhlil etmişdir.
Nimtsoviç müdafiəsi (şahmat)
Nimtsoviç müdafiəsi — Şahmat termini Məşhur qrosmeyster Nimtsoviçin şərəfinə adlandırılmışdır.
Qrünfeld müdafiəsi (şahmat)
Qrünfeld müdafiəsi — şahmat termini, 1922-ci ildə Avstriya qrosmeysteri tərəfindən praktikaya tətbiq edilmişdir.
Raqozin müdafiəsi (şahmat)
Raqozin müdafiəsi — Şahmat termini XX əsrin 30-cu illərinin əvvəllərində turnir praktikasında tətbiq edən sovet qrossmeyestrinin şərəfinə adlandırılmışdır.
İstehlakçı hüquqlarının müdafiəsi
İstehlakçı hüquqlarının müdafiəsi — istehlakçı ilə sahibkarlıq subyekti arasında yaranan münasibətlərin tənzimlənməsinə yönəlmiş dövlət və ictimai hərəkatlar tərəfindən həyata keçirilən tədbirlər kompleksi. Bunlara daxildir: spesifik istehlakçı hüquqlarının müəyyən edilməsi; mümkün hüquqların pozulmasının formaları və onların müdafiəsi mexanizmi; istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət. İstehlakçı hüququnun ən mühüm cəhətlərindən biri qida təcrübələrinin tənzimlənməsidir. Beləliklə, qida təhlükəsizliyi standartları ilə qida keyfiyyəti siyasətini fərqləndirmək mümkündür. Təhlükəsizlik məcburidir və qidanın təhlükəsizliyinə zəmanət verir, keyfiyyət isə könüllüdür və məhsulun istehlakçı tərəfindən qavranılması baxımından müəyyən xüsusiyyətlərinə zəmanət verir. 16 aprel 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi üzrə təlimatlar" (39/248 saylı Qətnamə) təsdiq edilmişdir. Rəhbərlik istehlakçı münasibətlərinin bəzi prioritet aspektlərinə toxunur: a) fiziki təhlükəsizlik; b) istehlakçıların iqtisadi maraqlarının təşviqi və müdafiəsi; c) xidmətlərin və istehlak məhsullarının təhlükəsizliyi və keyfiyyəti standartları; d) əsas istehlak məhsullarının və xidmətlərin paylanması sistemləri; e) istehlakçılara kompensasiya almaq imkanı verən tədbirlər; f) təhsil və məlumat proqramları və g) "pestisidlər və kimyəvi maddələr kimi digər sahələr" üçün məsuliyyətə xələl gətirmədən, xüsusi sahələrə, qida, su və əczaçılıq məhsullarının differensiallaşdırılmış emalı ilə bağlı tədbirlər. Mańko, Rafał. "The notion of 'consumer' in EU law" (PDF). Library Briefing.
Konstitusiyanın Müdafiəsi Şurası
Konstitusiyanın Müdafiəsi Şurası (fars: شورای نگهبان قانون اساسی, Rom: Şurayi-Nigəhbani-Qanuni-Əsasi) İranda Konstitusiyanın icrasına nəzarət edən və onun gücünün və təsirinin davamlı olmasını təmin etmək üçün nəzərdə tutulmuş olan konstitusiya ilə təyin edilmiş 12 üzvdən ibarət bir şuradır.
Pirs-Ufimsev müdafiəsi
Pirs-Ufimsev müdafiəsi — Şahmat termini. Yuqoslaviya qrossmeyestri və sovet ustasının şərəfinə adlandırılmışdır.